Azərbaycanda daha iki məktəb bağlandı

Azərbaycanda daha iki məktəb bağlandı

Azərbaycanda daha iki məktəbdə dərslərin distant formada keçirilməsi qərara alınıb.

Oxu.Az-ın məlumatına görə, Hacıqabul rayonun Talış və Rəncbər kənd tam orta məktəbində müəllimlər arasında koronavirus xəstəliyi (COVID-19) yayılıb.

Bu səbəbdən məktəblər iki həftəlik karantinə bağlanıb.

Qeyd edək ki, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində əyani tədris dayandırılıb. Son günlər digər rayonlarda da bir neçə məktəb distant təhsilə keçib.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR