Xəbər lenti

Ekonomiks 23:29 11.05.2015

Azərbaycanda əmanətlərin dollarlaşması davam edir

Bu ilin yanvar-mart aylarının yekunlarına görə, Azərbaycan əhalisinin banklardakı əmanətlərinin 65,3%-i və yaxud 5 milyard 84,6 milyon manatlıq hissəsi xarici valyutada yerləşdirilib. Bu barədə fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. 

Halbuki, yanvar-fevral aylarının yekunlarına görə, bu göstərici 4  milyard 944,9 milyon manat və yaxud bütün əmanətlərin 62,3%-i qədər idi. Göründüyü kimi, son 1 ayda manat əmanətlərinin payı 3% bənd azalıb. Bu isə əmanətlərdə dollarlaşmanın davam etdiyini göstərir.  

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?