Ölkə 12:37 27.02.2020

Azərbaycanda “Ermənicə-Azərbaycanca” lüğət kitabı çap olundu

Azərbaycanda "Ermənicə-Azərbaycanca” lüğət işıq üzü görüb.

Qaynarinfo xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Erməni araşdırmaları Elmi Tədqiqat və Tədris Mərkəzinin böyük elmi işçisi İsmayıl Tanrıverdi məlumat verib. O bildirib ki, sözügedən kitab 975 səhifədir və 74000 söz birləşməsini əhatə edir:

Qeyd edək ki, lüğət əsasən akademik səviyyədə tərcümə işləri ilə məşğul olan və eləcə də erməni dilini öyrənmək istəyən şəxslər üçün nəzərdə tutulub.

İsmayıl Tanverdinin sözlərinə görə, bu lüğət azərbaycanlıların "Düşmənlə öz dilində mübarizə aparaq!" adlı devizini həyata keçirmək üçün uğurlu bir addımdır.
 


Bahar