Azərbaycanda hərbi baza qurulmalıdırmı? - Haber7-dən Taha Dağlı yazdı

Azərbaycanda hərbi baza qurulmalıdırmı? - Haber7-dən Taha Dağlı yazdı

Türkiyənin "Haber7” saytının yazarı Taha Dağlı "Azərbaycana hərbi baza qurulmalıdırmı?” başlıqlı məqalə yazıb.

Bu sayt və yazar AKP hökumətinə yaxınlığı ilə tanınır və məqaləni Ərdoğanın Türkiyənin Azərbaycanda hərbi bazasının ola bilməsini istisna etməməsinə qarşı Kremlin "Rusiya qarşı addım ata bilər” açıqlamasına Ankaranın media üzərindən cavabı hesab etmək olar.

Taha Dağlı yazır:

- Qarabağ müharibəsinin "güllə” atmadan qazanan tərəfi Rusiya idi, atəşkəsə paralel olaraq, Qarabağa əsgər göndərdi, sülhməramlı adı altında bölgəyə yerləşdi. Rusiya bunu anlamalıdır ki, Türkiyə də ən az onlar qədər prosesin içindədir;

- Azərbaycanda türk əsgəri var, Azərbaycan dövlətinin dəvəti ilə oradadırlar və Azərbaycan müstəqil bir ölkədir, ehtiyac olduğu halda dəvəti genişləndirib hərbi baza istəyini irəli sürə bilər, Türkiyə də iki dövlət arasındakı rəsmi müqavilə ilə bu addımı ata bilər;

- Şuşa Bəyannaməsi də texniki olaraq bu ehtimalı önə çıxarır;

- Bəli, hazırda "Türkiyə hərbi baza qurur” deyə bilmərik, amma sabah, o biri gün bu mümkündür, buna da heç bir əngəl yoxdur;

- Madam ki, Rusiyanın orada əsgəri var, Türk əsgəri də Qarabağda baza qurmalıdır, çünki bir çox ölkə gözünü bu bölgəyə dikib, Zəngəzur dəhlizi birdən çox ölkə üçün önəmlidir, amma ən çox Türkiyə və Azərbaycan üçün vacibdir;

- Rusiya isə bölgəyə təkbaşına nəzarət etmək istəyir, buna görə də Ərdoğanın sözlərinə dərhal reaksiya verdilər;

- Qarabağ hazırda Azərbaycanın nəzarətindədir, amma ermənilər qaçarkən hər yeri yandırıblar, minalar basdırıblar, Şuşanın və digər ərazilərin yenidən bərpa edilməsinə ehtiyac var, hazırda iş gedir, Türkiyə də bu məsələdə Azərbaycanla birgə hərəkət edir;

- Rusiya isə əsgərlərini ora yerləşdirib, Qarabağın yenidən inşa edilməsini gözləyir: türklər Qarabağı bərpa edəcək, ruslar əsgərləri ilə oranı nəzarətdə saxlayacaq. Belə bir dünya artıq yoxdur;

- Buna görə də Qarabağın ən vacib yerlərində yerləşmələrinin əvəzi olacaq, ən azından bu məsələ bu qədər asan olmayacaq, çünki bölgə təkbaşına Rusiya əsgərinin himayəsinə buraxılacaq yer deyil;

- Rusiya Türkiyənin də Cənubi Qafqazdakı güc balansında çox önəmli oyunçu olduğunu artıq anlamalıdır, bölgədə yeni bir reallıq qurulub və Cənubi Qafqaz artıq Rusiyanın yalnız özlərinə aid olduğunu düşündükləri "arxa bağçası” deyil;

Əslində məsələ indiki dövrdə "hərbi baza”dan daha çox, Türkiyənin bölgədə mövcudluğunun ruslara başa salınmasıdır. Şuşa Bəyannaməsi onsuz da hər şeyi əhatə edir, indi hədəf ən azından sülhməramlı kontingentin içində güc balansını bərabərləşdirməkdir.
 
Alpər
X
XƏBƏRLƏR
BLOGLAR