Siyasət 18:44 27.09.2020

Azərbaycanda hərbi vəziyyət elan edildi (RƏSMİ)

"Azərbaycan Prezidentinin fərmanı ilə hərbi vəziyyət elan olunub".

Qaynarinfo-nun məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Milli Məclisin qəbul etdiyi fərman Prezident İlham Əliyev tərəfindən təsdiq edilib.