Azərbaycanda ilk dəfə distant formada tədrisə başlanıldı (FOTO)

Azərbaycanda ilk dəfə distant formada tədrisə başlanıldı (FOTO)

UNEC Externdə ilk olaraq Maliyyə və mühasibat fakültəsində 2019/2020-ci tədris ilinin yaz semestrində "Multikulturalizmə giriş” və "Sosiologiya” fənlərinin distant formada tədrisinə başlanıb.

Universitetdən Qaynarinfo-ya verilən məlumata görə, 1-ci kursda əyani təhsil alan tələbələrdən könüllülük prinsipi əsasında 24 tələbə seçilərək, distant formada təhsilə cəlb olunub.

Həmin fənləri distant formada dinləmək istəyən tələbələrin adları EDUMAN sistemində distant formada tədris üçün yaradılan fənn üzrə qruplara daxil edilib. Müəllimlər studiyalardan onlayn apardıqları dərslərdə öncədən EDUMAN sisteminə yüklənən tədris materiallarından istifadə edirlər. Tələbənin davamiyyəti və qiymətləndirilməsi isə müvafiq qaydalara uyğun elektron jurnalda aparılır.

Sonda imtahanlar adi qaydada, tələbələrin fiziki iştirakı ilə təşkil olunacaq. Distant qrupun imtahan nəticələri digər qrupların imtahan nəticələri ilə müqayisə olunacaq və nəticələr təhlil ediləcək.

Qeyd edək ki, ən müasir texniki avadanlıqlarla təchiz olunan "UNEC Extern”də 6 tədris studiyası var. UNEC-in "Elektron universitet” sistemi və UNEC Externdə yaradılan müasir standartlara uyğun infrastruktur distant təhsilin tam əyanidəki kimi aparılmasına imkan verir. Burada auditoriyaları studiyalar əvəz edir ki, onların tərtibatı və təchizatı bir çox ABŞ və Avropa universitetlərinin analoji mərkəzlərindən daha üstün təşkil edilib. Onlayn tədris aparılan studiyalarda elektron kürsü, xüsusi sensor lövhə, monitor, HD kamera və səs avadanlıqları quraşdırılıb.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR