Azərbaycanda ilk dəfə vaginizmin həllinə multidisiplinar yanaşma (HƏKİM RƏYİ)

Azərbaycanda ilk dəfə vaginizmin həllinə multidisiplinar yanaşma (HƏKİM RƏYİ)

Vaginizm son dövrlərdə ailədaxili münasibətlərin pozulmasında önəmli rola sahib xəstəliklərdən biridir. Bu haqda kifayət qədər maarifləndirmənin olmaması və problemin vaxtında aşkarlanıb həkimə müraciət edilməməsi ailələrdə boşanmaya qədər gətirib çıxara biləcək problemlərə səbəb olmaqdadır. Ümumiyyətlə, vaginizm necə bir xəstəlikdir? Xəstəliyin tam sağala bilmə ehtimalı varmı? Bununla bağlı hansı sahənin həkimlərinə müraciət edilməlidir? Bu xəstəliyin həllinə multidisiplinar yanaşma necədir? Bu suallara cavab tapmaq üçün Qaynarinfo.az saytı olaraq bir araşdırma həyata keçirdik. 

Müsahiblərimiz Azərbaycanda ilk dəfə vaginizmi mültidisiplinar yanaşma ilə birlikdə müalicə edən Uzman cərrah mama-ginekoloq, tibb üzrə fəlsəfə doktoru Rəxşəndə AslanovaUzman psixoloji konsultant, cinsi münasibətlər üzrə terapevt Phd(c) Maarif Məmmədovdur. 

- Əvvəlcə mənə maraqlı gələn bu yanaşmanı Maarif bəyə soruşmaq istəyirəm. Niyə multidisiplinar yanaşma?

- Son dövrün tədqiqatlarına baxdığımızda multidisiplinar yanaşmanın daha da dolğun nəticələr ortaya qoyduğunu deyə bilərik. Belə ki, insan biopsixososial varlıqdır. İnsanı və insanın yaşadıqları hadisə və ya problemləri sadəcə bir müstəvidə ələ almaq yəqin ki yetərsiz qalır. Ona görə də son dövrlərdə keçirilən simpoziumlar, konfranslar və ya araştırmalar multisiplinarlığa vurğu edir. Bizim bu gün haqqında danışacağımız mövzu və digər cinsi disfunksiyalar isə bunun vacibliyini göstərən əsas mövzulardır. İnsanın sahip olduğu dəyərlər və bunun nəticəsində ortaya çıxan davranışlar yaşadığı hadisələr sadəcə fizioloji aspektdən deyil eyni zamanda psixoloji və ehtiyac olarsa digər elmi yanaşmalar ilə birlikdə tədqiq edilməlidir. Buradan yola çıxaraq biz ilk dəfə Azərbaycanda vaginizmi və digər cinsi disfunksiyaları (istəksizlik, ağrılı münasibət, münasibətdən diksinmə və sair) ginekoloq və psixoloq, birlikdə müalicə etməyi qərarlaşdırdıq.  

- Rəxşəndə xanım, vaginizm ümumiyyətlə necə tərif oluna bilər?

- Vaginal əzələlərin istənilmədən sıxılması nəticəsində ortaya çıxan cinsi disfunksiyadır (cinsi problemdir). cütlüklər arası münasibət zamanı istəmədən özünü sıxma (qasılma), ayaqlarını bağlama, partyorunu itələmə, ürək döyüntülərində artma (azalma) kimi hallar yaşanılır. Belə qadınlar ginekoloji müayinə zamanı belə (ginekoloji masaya çıxdığı zaman) çətinlik çəkir və ağrı hiss edəbilirlər. Vaginizmin ortaya çıxmasının əsas qaynağı psixolojikdir.
  
- Rəxşəndə xanım, vaginizm diaqnozu necə qoyulur?

- Vaginizmli  qadınlar ilk gecə qorxu hissi yaşayır və cinsi münasibətə girə bilmirlər. Bu zaman isə ya özləri ya da yaxın ətrafları  tərəfindən ginekoloqa yönləndirilirlər. Bizə müraciət edən vaginizm olduğunu ehtimal edilən qadın ilkin olaraq ginekoloji müayinədən keçir. Fizioloji, tibbi dəyərləndirmədən sonra psixoloqla birlikdə diaqnoz qoyulur.  

- Doktor, vaginizmin ortaya çıxma səbəbləri nələrdir?

- Vaginizmin ən əsas səbələrindən biri ilk münasibət zamanı şiddətli ağrının və qanamanın olacağına dair yaşanılan qorxu hissidir. Bəkarət pərdəsi haqqında səhv məlumatların olması ilk gecə qorxusunu artıran faktorlardan biridir. Cinsi travmanın olması, cinsi təcavüz, psixoloji amillər, cinsi münasibətlə əlaqəli düşüncələr də vaginizmə səbəb olabilər.

- Səhv başa düşmədimsə burada psixoloji faktor əsasdır o zaman.  Maarif bəy psixoloji faktordan qaynaqlanırsa deməli hər qadında vaginizm eyni olmur?

- Bəli, hər qadın vaginizmi eyni dərəcədə yaşamır, hər qadının yaşadığı vaginizm eyni səbəbdən ortaya çıxmaya bilir. Bəzi qadınlar varki, onlar ilk münasibət zamanı ağrı olacağı qorxusuyla bunu həyata keçirə bilmirlər. Onlar bu zamana qədər vaginizm olduqlarını bilmirlər, yəni ilk dəfə toy gecəsi belə bir problemin olduğunun fərqinə varırlar. İkinci olaraq, hər hansısa hadisədən (doğuş, travma və sair) sonra ortaya çıxa bilər və bunların ən əsas səbəbi psixoloji faktor olur. Hər vaginizmli qadın münasibətə girə bilmir və vaginizmin şiddəti qadından-qadına dəyişir. 

- Rəxşəndə xanım, bütün vaginizmli qadınlar üçün prosedur eynidirmi?

- Maarif bəyin də dediyi kimi, hər qadın vaginizmi eyni dərəcə yaşamadığı üçün tətbiq olunan prosedurlarda da fərqliliklər var. Buna görə də seans sayları standart deyil. Bəzi pasiyentlərimiz üçün bir neçə seans kifayət edərkən bəzən isə uzun görüşmələr lazım ola bilir. Məsələn bəzi vaginizmli qadınlar sadəcə vaginal bölgə əzələlərini yox eyni zamanda bütün vücudun sıxılması, qorxu yaşaması durumu ilə qarşılaşa bilirlər. Belə qadınlar ginekoloji müayinəni çox çətin bitirirlər ya da heç gəlmək istəmirlər. Öz cinsiyət orqanına toxuna bilməz və ya  münasibət zamanı partyorunu itələyərək bütün bədənini qasırlar. Başqa bir qrup qadınlarda isə bütün vücud yox sadəcə vagina ətrafi əzələlərin sıxıldığını ifadə edirlər. Bəzilərində bir dəfə münasibət yaşamış olsalar belə sonrakı zaman münasibətə girə bilməmə halları baş verir. Yəni bizim Maarif bəylə birlikdə tətbiq etdiyimiz metodda hər pasiyentin fərdi dəyərləndirilməsi əsas alınır və elə bir yol izləyirik ki, vaginizm dərəcəsinə uyğun olaraq proqram hazırlayırıq. 

- Maarif bəy, təhsil səviyyəsi və ya yaşadığı yer vaginizmin ortaya çıxmasında əhəmiyyətlidirmi?

- Bu vaxta qədər olan təcrübələrimizdə və tədqiqatlarda onu görürük ki, vaginizm hər təhsil səviyyəsinə sahip olan qadınlarda ola bilər. İstər ali istər natamam təhsilli olsun bütün qadınlarda yaşanıla bilər. Şəhər ya da rayon, kənddə böyüməyin fərqi yoxdur. Sadəcə olaraq zehni proseslərin, özünü kəşfin, düşüncə formasının daha sürətli yenidən revizə olunmasında təhsilli olmaq önəmli bir meyardır. Amma bunu da qeyd etməliyəm ki, vaginizm 100 faiz müsbət həll olunur. Yəni demoqrafik xüsusiyyətlərindən asılı olmayaraq bütün pasiyentlərimiz müalicədən sonra sağlam həyata qovuşurlar. Bəzən də soruşurlar ki, müalicə olunduqdan sonra təkrar vaginizm olabilər mi? Buna da buradan cavab vermək istəyirəm. Düzgün cinsi terapiya ilə müalicə alan vaginizmli pasiyentlər sonradan təkrar vaginizm problemi ilə üzləşmirlər, problem birdəfəlik həll olur. 

- Maarif bəy,  vaginizm sadəcə qadının problemi olaraq görünür və ciddi narahatlıq yaşayır. Bəs həyat yoldaşı bu prosesdən necə təsirlənir?  

- Məncə bu çox əhəmiyyətli sualdır. Qadınlar belə olan halda yalnızlıq, təcrid olma, ayıblanmaq kimi duyğular yaşayırlar. "Heç kim məni başa düşməz, bizə gülərlər, eşidən olsa biyabır olarıq” kimi düşüncələrlə ətrafdan kömək istəməyə çətinlik çəkirlər. Evlənəcəyi günü səbirsizliklə gözləyən cütlüklər ilk gecə qarşılaşdıqları bu haldan sonra ciddi mənada məyusluq yaşayırlar. "Yəqin ki, bir neçə günə düzələr” deyərək soruşanlara "hər şey qaydasındadır” cavabı ilə əslində özlərini yubadırlar və problem həll olunmadan qalır. Vaxt keçdikcə isə iki tərəf də yorulur və daha da gərgin duyğular yaşayırlar. Bu zaman sadəcə qadınlar yox kişilər də özünü "bacarıqsız” hiss edirlər. Yəni vaginizmdə hər iki partnyor özünü günahlandıraraq, ümidsiz duyğular yaşayırlar. Əlbətdə, bu problem sadəcə qadına yox kişiyə də təsir edir. Əslində biz cinsi münasibətlər üzrə terapistlər olaraq bu problemi qadının və ya kişinin yox, cütlüyün problemi olaraq ələ alırıq. Kişilər əsasən bu problem nəticəsində istəksizlik, erkən eyakulyasiya, ereksiya problemləri də yaşayabilərlər. Ona görə vaxtında həll olunmayan vaginizm başqa problemlərə də yol aça bilər. 

- Maarif bəy, insanlar vaginizmdən başqa digər cinsi disfunksiyaların həlli ilə bağlı da müracət edəbilərlərmi?

- Bəli. Biz Rəxşəndə xanımla birlikdə ailələrin sadəcə vaginizm problemlərini yox başqa cinsi disfunksiyalarını da müalicə edirik. Yəni cütlüklər cinsi terapiya ilə əlaqəli rahatlıqla müraciət edəbilərlər. Cinsi münasibəti normal olduğuna inanıb ancaq bəzən nələrinsə əksik olduğunu düşünən ailələr də müraciət edəbilərlər. Eyni zamanda cütlüklər münasibətləri ilə əlaqəli olaraq özünə və ya başqasına zərər verirsə, yuxu problemi yaşayırsa, münasibətlərində stressi kontorl edəbilmirsə, özü ilə əlaqəli güvən əksikliyi və ya müvəffəq olabilməmə duyğusu yaşayırsa, münasibətlərində problem yaşayırsa, həm sosial həm də iş həyatında üzüntü yaşayırsa və buna bənzər hallarda terapiya dəstəyi almalıdır. Eyni zamanda qeyd edim ki, istəksizlik, diksinti, orqazm olabilməmək, təhrik olabilməmək kimi problemi olan qadınlar da terapiya üçün müraciət edəbilərlər.
 



Leyla
Qaynarinfo.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR