İTV-nin efirində "3D" adlı yeni layihəyə start verilib.
Qaynarinfo kult.az-a istinadən xəbər verir ki, verilişin bu gün efirə gedən ilk buraxılışının qonağı İTV-nin baş direktoru Balakişi Qasımov olub. B.Qasımov veriliş boyu robot aparıcı "Dadaş Dadaşlinksi”nin suallarını cavablandırıb.
B.Qasımov Azərbaycan televiziyalarından danışıb, yeni mövsümdə İTV-nin efirində baş tutacaq yeniliklərdən bəhs edib.
Azərbaycan televiziya məkanında ilk dəfə yayımlanan 3D formatlı veriliş tamaçılar tərəfindən böyük maraqla qarşılanıb.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər