Xəbər lenti

Sağlamlıq 22:25 02.10.2020

Azərbaycanda koronavirus nə vaxtadək davam edə bilər? - Açıqlama

"Pandemiya uzun müddət davam edə bilər. Ola bilər, gələn il də bu xəstəliklə məşğul olacağıq, profilaktik tədbirlər görəcəyik”.

Qaynarinfo xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında Tibbi-elmi 

komitənin sədri, professor Akif Qurbanov "Real TV”yə açıqlamasında deyib:

"Amma bir məsələ var. O baxır əhalinin 2/3 hissəsində tam immunitetin yaranmasına… Bundan sonra bu virus aramızdan gedir. 

Düzdür, bu barədə proqnoz verməkdə ehtiyatlı olmaq lazımdır. Ancaq hesab edirəm, üzümüzə gələn yaya qədər biz hələ də bəzi 

problemlərlə üzləşə bilərik. Ondan sonra inanmıram, bu bizi ciddi narahat etsin”.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?