Xəbər lenti

Azərbaycanda koronavirusa ən çox harda yayılıb?
Ölkə 14:55 16.01.2021

Azərbaycanda koronavirusa ən çox harda yayılıb?

Azərbaycanda COVID-19 infeksiyasına yoluxma halları ilə bağlı yeni statistika açıqlanıb.

Qaynarinfo xəbər verir ki, Bakıda virusa yoluxanların sayı 52,2% təşkil edir.

Yoluxma göstəricisi Aranda 13,4%, Abşeronda 12,9%, Gəncə-Qazaxda 8,2%, Şəki-Zaqatalada 3,1%, Quba-Xaçmazda 3%, Lənkəranda 2,9%, Dağlıq Şirvanda 2,5%, Yuxarı Qarabağda 1,4%, Naxçıvan Muxtar Respublikasında 0,4%-dir. Ölkə xaricindən gələnlərdə yoluxma halı 0,4% təşkil edir.

Bakıda koronavirus infeksiyasının ən geniş yayıldığı ərazi də məlum olub. Paytaxt üzrə ən yüksək yoluxma yenidən Binəqədi rayonunda qeydə alınıb. Belə ki, bu rəqəm Binəqədidə 15% təşkil edir.

Sonrakı yerlərdə 13,1%-lə Xətai, 12,2%-lə Yasamal, 10,8%-lə Sabunçu, 8,2%-lə Nərimanov və Suraxanı, 7,8%-lə Nəsimi, 7%-lə Nizami, 6,8%-lə Xəzər, 5,4%-lə Qaradağ, 5%-lə Səbail, 0,5%-lə isə Pirallahı qərarlaşıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->