İdman 20:22 03.12.2020

Azərbaycanda koronavirusa görə üç oyun təxirə salındı

Azərbaycan Premyer Liqasında daha 3 oyun təxirə salınıb.

Qaynarinfo xəbər verir ki, buna koronavirus pandemiyası səbəb olub.

XII turun dekabrın 5-də keçirilməli olan "Sabah” – "Neftçi” və "Keşlə” – "Səbail”, eləcə də ertəsi gün baş tutması nəzərdə tutulan "Zirə” – "Sumqayıt” oyunu bəzi klubların heyətində 7 və daha çox oyunçunun COVİD-19 virusuna yoluxması səbəbindən təxirə salınıb. Görüşlərin tarixi ilə bağlı qərarı Peşəkar Futbol Liqası verəcək.

Qeyd edək ki, XII turun "Qəbələ” – "Qarabağ” oyunu 6 dekabr, saat 16:00-da "Azersun Arena”da baş tutacaq.