Xəbər lenti

Azərbaycanda koronavirusu müəyyənləşdirən yüksək səviyyəli laboratoriyalar fəaliyyət göstərir (FOTOLAR)
Foto 13:08 28.02.2020

Azərbaycanda koronavirusu müəyyənləşdirən yüksək səviyyəli laboratoriyalar fəaliyyət göstərir (FOTOLAR)

İlk dəfə Çində aşkarlanan və qısa zamanda dünyanın hər tərəfinə yayılan koronavirus (COVİD-19) Azərbaycanda da narahatlığa səbəb olub. Rəsmi qurumlar təhlükəli virusun ölkəmizdə aşkar olunmadığını bildirsə də, yayılan şaiyələr narahatlığın artmasına rəvac verir.

İrandan gələn Gürcüstan vətandaşının "Qırmızı körpü" gömrük-keçid məntəqəsindən keçidikdən sonra koronavirusa yoluxması müəyyənləşdikdən sonra narahatlıqlar daha da artıb. Bəziləri ölkədə bu virusu müəyyənləşdirəcək cihazların olmadığını iddia edir.

Məlumat üçün qeyd edək ki, artıq Cənub Ərazi Baş Gömrük İdarəsi bu məsələ ilə bağlı açıqlama verib və Gürcüstan vətəndaşında koronavirusun Astara gömrük-keçid məntəqəsində aşkarlanmamasının səbəbini izah edib. İdarənin açıqlmamasıda deyilir: "İrandan gəlib Azərbaycandan tranzit keçməklə Gürcüstana gedən həmin ölkə vətəndaşı fevralın 25-də saat 06:50-də Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük-keçid məntəqəsi vasitəsilə ölkə ərazisinə gəlib və təlimata uyğun şəkildə inzibati binaya daxilolmadan və binanın içərisində portativ termometrlərlə, daha sonra isə stasionar termovizorla yoxlanılıb. Yoxlama zamanı onun hərarətinin norma daxilində olduğu müəyyənləşdirilib, səhhətində şübhə doğuran əlamətlər qeydə alınmayıb. Həmin vətəndaş fevralın 25-də saat 17:09-da Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postu vasitəsilə ölkəni tərk edib.

Qeyd edək ki, Gürcüstan kütləvi informasiya vasitələrində yayılan məlumatlardan da aydın görünür ki, xüsusi laboratoriyada aparılan müayinə və analizlərdən sonra həmin şəxsin virus daşıyıcısı olduğu müəyyən edilib. Hazırda həmin şəxslə təmasda olan əməkdaşlar müəyyənləşdirilərək müşahidə altına alınıb".

İdarənin yaydığı videodan da görünür ki, Gürcüstan vətəndaşı Astara sərhəddində ciddi şəkildə yoxlanılıb və hərarətinin norma daxilində olduğu müəyyənləşdirilib, səhhətində şübhə doğuran əlamətlərin qeydə alınmadığı aşkar edilib. Mümkündür ki, xəstəliyin xarakterinə uyğun olaraq Astara gömrük–keçid məntəqəsindən Gürcüstan sərhədinə qədər məsafənin qət edildiyi müddətdə (10-11 saat) xəstəliyin əlamətləri üzə çıxıb. Belə ki, virusun inkubasiya dövrü 14 günə qədərdir və həmin müddətdə xəstəliyin simptomları gizli qala bilər.

Qaynarinfo-nun araşdırmaları da göstərir ki, Azərbaycanda koronavirusa yoluxan xəstələrin müəyyənləşdirilməsi və karantin altına alınması üçün hər bir şərait qurulub. Hazırda ölkədə beynəlxalq standartlara cavab verən biotəhlükəsizlik laboratoriyaları tam gücü ilə paytaxtda, eləcə də regionlarda fəaliyyət göstərir.

Bu laboratoriyalar bir sıra xüsusi təhlükəli xəstəliklərin molekulyar diaqnostikası üzrə ixtisaslaşıb. Eyni zamanda koronovirus infeksiyasının yüksək həssaslıqla PZR metodu ilə təyini qısa zaman ərzində həyata keçirilir.

Dövlətin qurduğu bu laboratoriyalar stasionar, səyyar və mobil tiplidir. Bu laboratoriyalarda həyata keçirilən diaqnostik metodlar, həmçinin koronavirusun təyini ÜST tərəfindən yüksək qiymətləndirilib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->