Azərbaycanda koronavirusun

Azərbaycanda koronavirusun "Omikron" ştamı aşkarlanıb?

"Azərbaycanda bütün mutasiyalar və əlaqəli ştamlar üzrə yoxlamalara başlanılıb".

Qaynarinfo xəbər verir ki, bunu "Report"a açıqlamasında Milli Hematologiya və Transfuziologiya Mərkəzinin genetika mütəxəssisi Ağarza Ağayev deyib.

Onun sözlərinə görə, ölkəyə xaricdən daxil olan, həmçinin ölkə ərazisində cluster tipli yoluxma görülən və şübhəli bilinən bütün nümunələr toplanılır və analiz edilir.

Genetika mütəxəssisi əlavə edib ki, müvafiq yoxlamalarda hələ koronavirusun "Omikron" ştamı aşkarlanmayıb.
XƏBƏRLƏR
BLOGLAR
X