“Yayılan video köhnədir” - Təhsil idarəsindən açıqlama

“Yayılan video köhnədir” - Təhsil idarəsindən açıqlama

Azərbaycanda məktəbdə çəkilən daha bir xoşagəlməz görüntülər yayılıb.

Görüntülərdən də hiss olunur ki, dərs vaxtı qeydə alınıb. Belə ki, iki şagird müəllimin qabağında rəqs edir. Digər şagird isə müəllimə qarşı xoş olmayan hadisəni çəkir.

Qaynarinfo xəbər verir ki, Modern.az video görüntü ilə bağlı Bakı Şəhər Təhsil İdarəsinə müraciət edib.

Təhsil idarəsinin mətbuat katibi Bəşarət Məmmədov saytımıza açıqlamasında videonun köhnə olduğunu bildirib.

"Bu video 2017-ci ildə çəkilib. O zaman həmin video mediada da gedib. Hətta həmin müəllim işdən də çıxarılıb”.

Bu videogörüntü 2017-2018-ci dərs ilinin arpel yayımlanmışdı.

314 nömrəlı məktəbin 6-cı sinifində, rus dili müəllimi Qurbanov Pərviz Frik oğlunun dərsində çəkilib.

Həmin vaxt müəllim ayağı sındığı üçün ayağa qalxa bilmirdi. Təbiətən çox mülayim adam olan Pərviz müəllim baş verən hadisəyə görə öz ərizəsi əsasında işdən getmişdir.

Videogörüntü isə həmin vaxt müəllim işgən azad ediləndən bir neçə gün sonra yayımlanmışdır.

Qeyd edək ki, məktəbdə çəkilmiş video görüntü unikal.org saytında gedib.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR