Xəbər lenti

Ölkə 14:49 14.06.2018

Azərbaycanda müəllim "Son zəng" zamanı öldü

Tovuzda "Son zəng” tədbirində ölüm hadisəsi baş verib.
 
Qaynarinfo-nun APA-ya istinadən verdiyi məlumata görə, rayonun Köhnəqala kənd orta məktəbində keçirilən "Son zəng” tədbiri zamanı təhsil ocağının dil-ədəbiyyat müəllimi, 1965-ci il təvəllüdlü Nüşabə Ələkbərovanın halı pisləşib.
 
Ona yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
 
Məlumata görə, N. Ələkbərova ürək damar xəstəliyindən əziyyət çəkirmiş.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?