Azərbaycanda oynamış əcnəbi futbolçular Gəncəyə dəstək (FOTOLAR)

Azərbaycanda oynamış əcnəbi futbolçular Gəncəyə dəstək (FOTOLAR)

Dağlıq Qarabağda baş verənlərə Azərbaycanda oynamış legioner futbolçular da biganə qalmayıb.
 
Erməni terrorçuların münaqişə bölgəsindən uzaqda yerləşən əraziləri raket atəşinə tutması futbolçuların qəzəbinə tuş gəlib.
 
Gəncədə yaşayan mülki əhalinin düşmən təxribatının qurbanı olması legionerlərin paylaşımlarında da əksini tapıb. "Qarabağ”ın sabiq hücumçusu, CAR yığmasının üzvü Dino Ndlovu, "Neftçi”də forma geyinmiş paraqvaylı yarımmüdafiəçi Erik Ramos, ölkəmizdə üç klubda oynamış Denis Silva, "Sumqayıt”ın keçmiş israilli futbolçusu Əmir Ağayev bununla bağlı paylaşımlar ediblər.
 
Sonuncu kimi milliləşdirilən legionerlər də hadisələrə biganə qalmayıb. "Qarabağ”ın və yığmamızın şərəfini qorumuş braziliyalı Riçard Almeyda, həmçinin millimizə cəlb olunan almaniyalı Rüfət Dadaşov da Gəncədə baş verənlərə münasibət bildirib.
 
Uzun illər "Qarabağ”da çıxış etmiş Ansi Aqolli isə "Qarabağ Azərbaycandır” paylaşımı ilə haqq səsinə qoşulub.
​​​​​​​
Hazırda "Qarabağ”ın şərəfini qoruyan Haiti millisinin üzvü Donald Gerye də digər əcnəbilərdən geri qalmayıb.(Apasport.az)
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR