Ölkə 21:59 28.01.2022

Partiya rəhbəri YAP-ın rayon təşkilatının sədri oldu (FOTO)

Şamaxı rayon İcra Hakimiyyəti başçısının sabiq 1-ci müavini Qasım Qasımova vəzifə verilib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, qərar bu gün videokonfrans formatında keçirilən "Yeni Azərbaycan Partiyasının yerli təşkilatlarının sədrlərinin vəzifəyə təyin edilməsi” məsələsi ilə bağlı konfransda verilib.

Qərarə əsasən, Qasımov Qasım Nurməhəmməd oğlu YAP-ın Qobustan rayon təşkilatının yeni sədri seçilib.

Qeyd edək ki, Qasım Qasımov Azərbaycan Demokratik Sahibkarlar Partiyasının sədridir. Partiyası 1994-cü ildə qeydiyyata alınıb. O, bir neçə il bundan əvvəl partiyasını YAP-a birləşdirib.

Əhməd