Xəbər lenti

"FIFA Series-2026": Azərbaycan millisi bu gün ikinci oyununu keçirəcək
İdman09:38 30.03.2026

"FIFA Series-2026": Azərbaycan millisi bu gün ikinci oyununu keçirəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Futbol üzrə Azərbaycan millisi "FIFA Series – 2026" beynəlxalq turnirində bu gün ikinci oyununu keçirəcək.
Qaynarinfo-nun məlumatına görə, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Syerra Leone yığması ilə üz-üzə gələcək.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşma saat 19:00-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi martın 27-də eyni arenada Sent Lüsiya komandasını 6:1 hesabı ilə üstələyib.