Xəbər lenti

Daşkəsəndə güclü yağışdan sonra yolda sürüşmə baş verdi (FOTO)
Foto 13:10 30.03.2026

Daşkəsəndə güclü yağışdan sonra yolda sürüşmə baş verdi (FOTO)

Daşkəsəndə güclü yağış fəsadlar törədib.

APA-nın yerli bürosunun məlumatına görə, leysan yağışları nəticəsində ümumi uzunluğu 3 km olan Daşkəsən-Alunitdağ avtomobil yolunun 2-ci km-də sürüşmə baş verib. Nəticədə yol bağlanıb. Əraziyə "31 saylı Yol İstismarı" MMC-nin, digər qurumların əməkdaşları cəlb edilib. 

Tədbirlər nəticəsində yolda hərəkət qismən təmin edilib. Daşkəsən Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, hazırda ərazidə bərpa işləri davam edir.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->