Azərbaycan banklarında problemli kreditlərin həcmi 2005-ci ildən bəri ən yüksək həddə çatıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı statistikaya əsasən, iyulun 1-ə olan vəziyyətə problemli kreditlərin həcmi 1 milyard 338,7 milyon manat olub. Təkcə iyun aynıda problemli kreditlər daha 25,5 milyon manat artıb və ümumi kredit portfelinin 6,6%-nə çatıb.
Bu 2005-ci ildən indiydək problemli kreditlərin həm məbləğ ifadəsində, həm də ümumi kredit portfelindəki payı baxımınan ən böyük göstəricidir. Xatırladaq ki, bir ay əvvəl problemli kreditlərin payı 6,4%, bu ilin əvvəlində 5,3%, bir il əvvəl isə 5,2% təşkil edib.
Qaynar.info
Şərhlər