"Qütb Teleradio Şirkəti” MMC fəaliyyətinə xitam verilərək RTV MMC-yə qoşulub.
Qaynarinfo xəbər verir ki, bu barədə məlumat rəsmi mətbuatda dərc olunub.
Bildirilir ki, RTV "Qütb Teleradio Şirkəti”nin ona qoşulması nəticəsində yenidən təşkil edildiyini elan edib.
Ötən ayın əvvəlində də "Türkel TV” MMC-nin ləğv edilərək "Region TV” MMC-yə qoşulması nəticəsində ikinci televiziya kanalı yenidən təşkil edilmişdi.
Şərhlər