Xəbər lenti

Azərbaycanda şəkər xəstələrinin sayı artır
Dünya 17:34 05.11.2018

Azərbaycanda şəkər xəstələrinin sayı artır

Azərbaycanda ildən-ilə şəkəli diabet diaqnozu qoyulan xəstələrinin sayı orta hesabla 26-30 min nəfər artır. 

Qaynarinfo xəbər verir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında Səhiyyə Nazirliyi Aparatının tibbi yardımın təşkili şöbəsinin müdirinin müavini Nabil Seyidov deyib. 

Onun sözlərinə görə, bu gün ölkəmizdə şəkəli diabet diaqnozu ilə 242 min xəstə qeydiyyata alınıb. 

"Növbəti ildə bu göstəricinin 270 minə çatması gözlənilir. Gizli şəkərli diabet xəstələrinin sayı da çoxdur”, - müsahibimiz qeyd edib.  

Seyidov əlavə edib ki, Azərbaycanda şəkərli diabet xəstələrinin statistikasının artmasına səbəb səhiyyə sisteminə inamın artmasıdır. 

"Uşaqlar və yaşlı şəxslər arasında aparılan dispanserizasiya, ölkənin poliknika və diaqnostik mərkəzlərinə inam, tibb müəssisələrinin təmiri və yenilərinin inşa edilməsi əhalinin səhiyyə sisteminə inamının artmasına səbəb olub. İnsanlar tez-tez poliknika və tibb müəssisələrinə müraciət edir ki, bu zaman da gizli diabet aşkar edilir”, - Nabil Seyidov əlavə edib. 

O qeyd edib ki, dövlət şəkər xəstələrini dərman pereparatları, qlyukometr və spirtlərlə təmin edir. 

"Bu il ölkənin bütün rayon və şəhərlərinə qlyukometr və spirtlər paylanılıb. Təəssüflər olsun ki, Azərbaycanda əhaliyə Avropa ölkələrinə nisbətən daha az qlyukometr və spirtlər verilir. İstisna deyil ki, rayonlara paylanılan qlyukometr və spirtlərin sayı həmin ərazidəki xəstələrin sayına uyğun olmasın. Bu, ona görə baş verir ki, xəstələrin sayı istehsal edilən qlyukometr və spirtlərin alınmasından daha sürətlə artır”, - şöbə müdirinin müavini bildirib. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->