Xəbər lenti

Azərbaycanda taxıl ucuzlaşıb: bəs unun qiyməti niyə düşmür?
Video 23:35 01.07.2018

Azərbaycanda taxıl ucuzlaşıb: bəs unun qiyməti niyə düşmür?

Bölgələrdə taxıl biçini aparılır. Fermerlər məhsulu ya sahədə, ya da həyətə yıgıb sonradan satırlar.

Qaynarinfo-nun "Xəzr TV"yə istinadən məluatına görə, bərdəli fermerlər bildirir ki, bu il sahədə taxılın 1 kiloqramının qiyməti 22 -27 qəpik arasında dəyişir. Ötən il isə 1 kq taxılın qiymət 25-30 qəpik olub. Bu il qiymətlərin ucuz olması alıcılıq qabiliytini yüksəldib. Bakıda yerləşən böyük un zavodları məhsulun daha cox alıcısıdır.

Amma taxılın qiyməti ucuzlaşsa da unun qiyməti aşağı düşməyib. Son iki ayda zavod unları keyfiyətindən və növündən asılı olaraq bir kisəsi 22 - 25, dəyirman unu isə 20 - 21 manat arasında dəyişir.

Satıcıların sözlərinə görə, bazarda satılan un köhnə taxıldan hazırlandığı ücün qiymət dəyişməyib.

Aran bölgəsində də buğda biçini aparıldığı vaxtda bazarlarda unun satış qiymətinə heç bir təsiri olmayıb. Uzun illərdir buğda əkini və satışı ilə məşğul olan sabirabadlı fermer Bəydabə Vəliyev deyib ki, bu il buğdanın satış qiyməti təmizliyinə görə 25-30 qəpik arası təşkil edir.

Şirvanda topdan və pərakəndə un satışı ilə məşğul olan sahibkarlar buğdanın ucuz olmasının unun satış qiymətinə təsir etmədiyini bildiriblər. Əkisinə, son bir ayda unun qiymətində 1 manata qədər artım olub. Bunun səbəbini isə təzə hələ də köhnə taxıldan istifadə olunması ilə izah edirlər. Onlar unun qiymətinin xaricdən gətirilən taxılın qiymətindən asılı oldugunu bildirirlər.

Ekspertlər unun qiymətinin bir neçə həftə sonra ucuzlaşacağını gözləyirlər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->