Tibb sahəsində B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya İnstitutunda talassemiyanın molekulyar əsaslarının tədqiqi nəticəsində Azərbaycanda ilk dəfə rast gəlinən üç nadir beta-talassimik mutasiya aşkar edilib.
Bu barədə Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatında qeyd olunub.
Sənəddə həmçinin Zaqafqaziyada ilk dəfə olaraq alfa-talassemiyanın genotiplərinin müəyyən edildiyi bildirilib.
Qeyd edək ki, hökumətin hesabatı Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq. ("Report”)
Şərhlər