Ölkə 16:21 05.08.2020

Azərbaycanda viruslu xəstələr üçün ayrılan xəstəxanaların sayı artırıldı

Koronavirus xəstələrinin müalicəsi üçün xəstəxanalarda əlavə çarpayıların ayrılması hesabına biz yerlərlə bağlı ehtiyatlarımızın hamısını istifadə etməmişik.

Qaynarinfo-nun məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı deyib.

Azərbaycanda koronavirusla mübarizə istiqamətində görülən işlərin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüsək qiymətləndirildiyini deyən R.Bayramlı bildirib ki, COVİD-19 xəstələri üçün ayrılmış xəstəxanaların sayı 46-ya çatdırılıb. Onların arasında hər biri 200 çarpayı olmaqla, 10 modul tipli xəstəxana var.