Bəzi fransız kinoteatrları “Annabelin lənəti” dəhşət filminin nümayişini dayandırıb.Bu tamaşaçılarda filmə baxdıqdan sonra aqressiv davranışın meydana gəlməsindən sonra qərara alınıb.
Oxu.Az bu barədə Radio Franse İnternationale istinadən xəbər verir.
Nümayiş əsasən, polisə çoxsaylı zənglərdən sonra Marsel, Monpelye, Strasburq və Parisdə ləğv edilib.
Kinoteatrın əməkdaşlarının sözlərinə görə, bəzi tamaşaçılar zorakılıq tətbiq edir, digərlərini təhqir edir və özlərini qeyri-adekvat aparmağa başlayırlar.
“14 yaşlı bir dəstə gənc bir-birini təhqir edir, davranışlarında nəlayiq hərəkətlərə yol verirdilər.Sanki heyvanat bağçasında idilər”, - Monpelyenin əyləncə mərkəzlərindən birinin meneceri bəyan edib. Buna bənzər səhnələrə digər şəhərlərdə də baş verib.
Radio France İnternationale qeyd edir ki, film prokata geri qayıda bilər, ancaq polislər kinoteatrın zalına daxil olanları diqqətlə yoxlayacaq, eləcə də seans zamanı zalda növbə tutacaqlar.
Fransada tamaşaçılarda digər məsələn, “Paranormal məhfumlar” və “Sinister” dəhşət filmlərinin nümayişi zamanı da müşahidə edilib.
“Annabelin lənəti” filmi, rejissor Ceyms Vanın “Cadu” trilleri ilə əlaqəlidir. Yeni filmin nümayişinə bütün dünya kinoteatrlarında sentyabr ayının sonunda start verilib. Əsərdə adi amerikalı ailənin Annabel adlı gəlinciyin bədənində olan ruh tərəfindən əzablara məruz qalması əks olunub.
Qeyd edək ki, hazırda bu film Azərbaycan kinoteatrlarında da nümayiş olunur.
Qaynar.info
Şərhlər