İndi internet saytlarını da girov qoyaraq bankdan pul götürmək olar.
Qaynarinfo xezerxeber-ə istinadən xəbər verir ki, çünki saytları artıq daşınar əmlakın yüklülüyü kimi nəzərə alaraq brend formasında rəsmiləşdirmək mümkün olacaq.
Kreditin məbləği isə saytın giriş sayı və reytinqinə uyğun olaraq müəyyənləşəcək. İnternet resurslarının monitorinqini aparan beynəlxalq reytinq şirkətlərində ilk sıralarda olan saytların kredit xətti daha yüksək olacaq.
Ekspertlərin fikrincə, saytlara kredit imkanın yaradılması onların biznesinin inkişaf etdirilməsində önəmli rol oynayacaq.
Şərhlər