Azərbaycanda avtomobil sahiblərindən tutulan yol vergisi artırılıb.
Yanvarın 1-dən qüvvəyə minən Vergi Məcəlləsinə dəyişikliklərə əsasən,Azərbaycan ərazisində mülkiyyətində və ya istifadəsində avtonəqliyyatvasitələri olan şəxslər (kənd təsərrüfatı məhsullarının istehsalındaistifadə olunan kənd təsərrüfatı texnikası və büdcə təşkilatlarınınavtomobil nəqliyyatı vasitələri istisna olmaqla) illik yol vergisinindərəcələri mühərrikin həcmindən asılı olaraq dəyişdirilib. Yenilik VergiMəcəlləsinin 211.1.2-ci maddəsindəki cədvələ edilən dəyişikliyəəsaslanır.Yeni qaydaya əsasən, nəqliyyat vasitəsinin mühərrikinin həcmiartdıqca, yol vergisinin dərəcəsi yüksələcək. Artımı daha çoxmühərrikinin həcmi 3000 kubsantimetrdən çox olan nəqliyyat vasitələrininsahibləri hiss edəcəklər. Məsələn, mühərrikin həcmi 4000 kubsantimetrolan nəqliyyat vasitələrinə görə yol vergisinin məbləği 60 manatdan 70manata, mühərrikin həcmi 5000 kubsantimetr olan nəqliyyat vasitələrinəgörə yol vergisinin məbləği isə 80 manatdan 110 manata və s. artırılıb.
Vergi Məcəlləsinin 211.1.2-ci maddəsindəki yeni cədvəl:
Vergitutma obyektinin adı | Yol vergisinin dərəcəsi |
Minik avtomobilləri, avtobuslar və digər avtomobil nəqliyyatı vasitələri: | |
- mühərrikin həcmi 2000 kubsm olduqda | 20 manat |
- mühərrikin həcmi 2000 kubsm-dən 3000 kubsm-dək olduqda | 20 manat + mühərrikin həcminin 2000 kubsm-dən çox olan hissəsinin hər kubsm-ə görə 0,02 manat |
- mühərrikin həcmi 3000 kubsm-dən 4000 kubsm-dək olduqda | 40 manat + mühərrikin həcminin 3000 kubsm-dən çox olan hissəsinin hər kubsm-ə görə 0,03 manat |
- mühərrikin həcmi 4000 kubsm-dən 5000 kubsm-dək olduqda | 70 manat + mühərrikin həcminin 4000 kubsm-dən çox olan hissəsinin hər kubsm-ə görə 0,04 manat |
- mühərrikin həcmi 5000 kubsm-dən çox olduqda | 110 manat + mühərrikin həcminin 5000 kubsm-dən çox olan hissəsinin hər kubsm-ə görə 0,05 manat |
Əvvəlki variant:
Vergitutma obyektinin adı | Yol vergisinin dərəcəsi |
Minik avtomobilləri: - mühərrikin həcmi 2000 kubsm-dək olduqda - mühərrikin həcmi 2000 kubsm-dən çox olduqda Avtobuslar və digər avtomobil nəqliyyatı vasitələri | Mühərrikin həcminin hər kubsm-ə görə 0,01 manat 20 manat + mühərrikin həcminin 2000 kubsm-dən çox hissəsi üçün hər kubsm-ə görə 0,02 manat Mühərrikin həcminin hər kubsm-ə görə 0,02 manat |
Şərhlər