Xəbər lenti

Maqazin 16:36 15.06.2024

"Elçi gəlməyib, məni qaçırdıblar"

"Heç vaxt elçilikdə olmamışam. Heç bilmirəm elçilik necə baş verir. Çox maraqlıdır. Amma ənənələr çox gözəldir”.

Bu sözləri Xalq artisti Aygün Kazımova qonaq olduğu "Zaurla Günaydın” verilişində deyib.

Pop kraliça bildirib ki, ona heç zaman elçi gəlməyib. Müğənni illər əvvəl həyat yoldaşı İlqar İbrahimov tərəfindən qaçırıldığını açıqlayıb:

"Məni qaçırdıblar. Müəllimim, bəstəkar Vaqif Gərayzadənin bizə məşq keçdiyi klubda idim. Bu hadisə 29 dekabrda baş verib. Oradan çıxanda həyat yoldaşım İlqar məni qaçırtdı. Heç elə bir günü unutmaq olar? Bizim ailələrimiz dostluq edirdi. İlqar mənə söylədi ki, "axşam saatlarıdır, səni məşqdən mən yola salacağam”. Məndə razılaşdım. Elə o yola salmaqla da məni qaçırdı”.

Proqramın aparıcısı Zaur Baxşəliyevin "Niyə məhz İlqarənin atasını seçdiniz” sualına A.Kazımova belə olub:

"Bilirdim axı qızım İlqarənin atası İlqar olacaq (gülür). İlqarın anası və mənim anam rəfiqə idilər. Onlar bir-biri ilə çox yaxın idilər. Allah onlara rəhmət eləsin. Qardaşım da, Allah ona da rəhmət eləsin, İlqarla birlikdə qarmonda ifa edirdilər və onlar bir-biri ilə tanış idilər. Mən amma onları tanımırdım. Çünki o zamanlar balaca idim. İlqarın anası və özü bizə gəlirdi, qardaşımla məşqlər edirdi. Guya məşq edirdilər (gülür)”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->