Xəbər lenti

Dostunun pasportu ilə Bakıya əylənməyə gəldi - Cərimələndi
Ölkə 17:17 15.06.2024

Dostunun pasportu ilə Bakıya əylənməyə gəldi - Cərimələndi

Dostunun pasportu ilə Bakıya əylənməyə gələn Türkiyə vətəndaşına hökm oxunub. 

Qayanrinfo-nun məlumatına görə, Türkiyə Respublikası, Erzincan şəhəri, Mərkəz rayonu, İstasyon məhəlləsində qeydiyyatda olan 1997-ci il təvəllüdlü Elcan (şərti) Heydər Əliyev Beynəlxalq Aeroportunda saxlanılıb. 

O, dostu, Türkiyə Respublikası vətəndaşı Derin Ömərə məxsus A34E89962 nömrəli şəxsiyyət vəsiqəsindən bilə-bilə istifadə edərək, sərhəd nəzarətinə təqdim etməklə həmin şəxsiyyət vəsiqəsindəki məlumatların özünün məlumatları olduğunu bəyan etməklə saxtalaşdırıb. 

Ona Cinayət Məcəlləsinin 29,318.1 və 320.2-ci maddələri ilə cinayət işi açılıb və məhkəməyə göndərilib. 

Məhkəmədə Elcan qeyd edib ki, Yeni ildən sonra Bakı şəhərində yaşayan dostları ilə əylənmək məqsədi ilə Azərbaycana gəlmək qərarı verib. 

Lakin şəxsiyyət vəsiqəsi köhnə nəsil olduğundan tanışı, 2001-ci il təvəllüdlü Derin Ömerin yeni nəsil şəxsiyyət vəsiqəsi ilə özünə aviabilet alıb.

İstanbul-Bakı aviareysi ilə Bakı şəhərinə gəlib və burada sərhədçilər tərəfindən saxlanılıb. 

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs 3000 manat miqdarında cərimə edilib. 

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->