Xəbər lenti

Azərbaycanda yüksək vəzifəli şəxsin ayaqları tutulub, yeriyə bilmir
Ölkə 11:30 13.09.2018

Azərbaycanda yüksək vəzifəli şəxsin ayaqları tutulub, yeriyə bilmir

"Çəkim artıq olduğu üçün həkimlər məni əməliyyat etməkdən imtina etdi”. 

Qaynarinfo xəbər verir ki, bu sözləri "Report"a açıqlamasında "Azərenerji" ASC-nin vitse-prezidenti Marlen Əsgərov səhhəti ilə bağlı son vəziyyətə aydınlıq gətirərkən deyib.

O, ayaqlarının tutulduğunu, yerimə qabiliyyətini itirdiyini və hazırda ev şəraitində müalicə aldığını bildirib. 

Qeyd edək ki, ixtisasca mühəndis-elektrik olan M.Əsgərov 1936-cı il noyabrın 17-də anadan olub. O, 2005-ci ilin oktyabr ayından "Azərenerji"nin vitse-prezidentidir. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->