Ölkə 11:04 06.04.2019

Azərbaycanın 10 milyonuncu sakini doğuldu

Azərbaycanda 10 milyonuncu sakin doğulub.

Bu barədə Qaynarinfo-ya Səhiyyə Nazirliyindən məlumat verilib. Ölkənin 10 milyonuncu sakini aprelin 6-da, saat 03:30-da Bakı şəhərində dünyaya gəlib. 

Rauf HəsənovNigar Ocaqovanın ailəsində doğulan qız uşağının çəkisi 3,6 kiloqramdır. 

Nigar Ocaqova doğuşu Respublika Perinatal Mərkəzində həyata keçirib.