Xəbər lenti

Azərbaycanın daha bir idmançısı dopinqə görə cəza aldı
İdman 14:26 13.08.2020

Azərbaycanın daha bir idmançısı dopinqə görə cəza aldı

Azərbaycan taekvondoçusu Ramin Əzizov 24 aylıq diskvalifikasiyaya məruz qalıb. 

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, buna idmançının orqanizmindən istifadəsi qadağan edilmiş kannabinoidlər və Carboxy-THC maddəsi tapılması səbəb olub. 

İdmançıdan alınmış nümunədə qadağan edilmiş maddə və ya onun metabolit yaxud markerlərinin mövcudluğu təsbit edilib. Fevralın 25-dən qüvvəyə minmiş cəza 25 fevral 2022-ci ildə başa çatacaq. 

Qeyd edək ki, AMADA daha öncə cüdoçu Könül Əliyevanı dopinqə görə bir illik cəzalandırıb. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->