Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" adına layiq görülüb.
Qaynarinfo "report"a istinadən xəbər verir ki, şirkət 2018-ci ilin I və II rübü üzrə nüfuzlu "Ən sürətli mobil şəbəkə üzrə Speedtest mükafatı”nın qalibi olub. Bu mükafat bütün dünyada tanınmış "Ookla” şirkəti tərəfindən "Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib.
Sınaq müddəti ərzində "Ookla” şirkəti ölkədə ən sürətli mobil şəbəkəni müəyyən etmək məqsədilə Azərbaycanın bütün mobil operatorlarının abunəçiləri tərəfindən iOS və Android platformalarında çalışan cihazlardan "Speedtest” mobil əlavəsi vasitəsilə həyata keçirilmiş sınaqları müqayisə edib. Nəticələrə əsasən, "Bakcell" şəbəkəsi bütün ölçülən kateqoriyalar üzrə ən yüksək "Speedtest” ballarını toplayıb. Bununla da təsdiq edilib ki, "Bakcell" şəbəkəsi ölkədə ən yüksək orta yükləmə sürəti və ən aşağı gecikmə müddətinə (latency time) malikdir. Mobil şəbəkələrin sınaq və təhlili sahəsində dünyanın ən nüfuzlu qurumu tərəfindən toplanmış bu məlumat Azərbaycandakı istifadəçilərin 18 000 ayrı-ayrı unikal cihaz vasitəsilə həyata keçirilmiş 80 000 sınaq (Speedtest platforması üzərindən) əsasında formalaşıb.
"Bakcell" şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib: "Biz qürur duyuruq ki, şəbəkə sınaqları və təhlili sahəsində dünya lideri tərəfindən şəbəkəmizin üstünlüyü bir daha da təsdiq edilib. Bakcell şəbəkəsi ölkənin mobil telekommunikasiya bazarında ən sürətli şəbəkədir və biz çox sevinirik ki, zəhmətimiz və gördüyümüz işlər abunəçilərimizə rahatlıq və məmnunluq gətirməkdədir. Bu liderliyi qorumaq və xidmətlərimizi daha da təkmilləşdirmək üçün əlimizdən gələni edirik. "Bakcell" bundan sonra da bazarda ən üstün və ən sürətli mobil şəbəkə ilə yanaşı ən innovativ və misilsiz müştəri təcrübəsini öz abunəçilərin ixtiyarına verməyə davam edəcək”.
Qeyd edək ki, sınaq müddəti ərzində hər üç yerli mobil operatorun nəticələri müqayisə olunub və "Bakcell" şirkəti LTE funksiyalı cihazlarda orta yükləmə sürəti 31.95 Mbps, orta məlumat göndərmə sürəti isə 11.75 Mbps olmaqla ümumi 27.93 bal (Speed Score™) toplayaraq ölkədə ƏN SÜRƏTLİ mobil şəbəkə adını qazanıb.
Ookla şirkətinin baş direktoru Douq Suttles bildirib: ""Speedtest Intellingence” məlumatları veb və mobil "Speedtest” platformaları vasitəsilə milyonlarla abunəçi tərəfindən aparılmış sınaqlar vasitəsilə əldə olunur. Azərbaycanın bütün provayderləri üzrə məlumatlar ölkə ərazisində aparılan sınaqlara əsaslanaraq "Speedtest Intellingence”də öz əksini tapır. Biz təsdiq edirik ki, həmin nəticələr "Bakcell”in "Azərbaycanın ən sürətli mobil şəbəkəsi” olmasının bariz göstəricisidir. Bizim metodologiyalarımız bütün dünyada telekommunikasiya sənayesinin standartı kimi qəbul olunur və bununla da biz "Bakcell" şirkətinin bu mükafata tam layıq olmasını bir daha təsdiq edir və Azərbaycanın ən sürətli mobil şəbəkəsi statusunu qazanması münasibətilə "Bakcell" şirkətini təbrik edirik”.
Speedtest.net – İnternetdən istifadə üzrə bağlantı sürəti və gecikmə müddəti kimi əmsalların pulsuz təhlilini həyata keçirən veb xidmətdir. Bu xidmət Ookla şirkəti tərəfindən 2006-cı ildən pulsuz olaraq göstərilir. Bu günə qədər 21 milyarddan artıq sınaq ilə Ookla məlumatları dünyanın bütün ölkələrini əhatə edir. Ookla şirkətinin "Speedtest” mobil əlavəsi Google Play Store və App Store mobil dükanlarından 100 milyon dəfədən çox yüklənib.
7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan "P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə ("Best in Test”) adına layiq görülüb.
Qeyd edək ki, Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.
"Bakcell" və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-"Bakcell" abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə "Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.
Şərhlər