Ölkə 19:14 26.10.2020

Azərbaycanın hələ F-16 qırıcılarına ehtiyacı yoxdur - Politoloq

"Azərbaycanın özünün bombardımançı təyyarələri var”.


BunuQaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Prezident İlham Əliyevin Türkiyənin F-16 təyyarələri ilə bağlı fikrini şərh edərkən deyib. Onun fikrincə, Azərbaycanın hələ F-16 qırıcı təyyarələrinə ehtiyacı yoxdur:


"Döyüş əməliyyatlarını həm MİQ-29 qırıcı, həm də Su-34 bombardımançı təyyarələri yerinə yetirir”.

 



Politoloq qeyd edib ki, F-16 iki ölkə arasında bağlanmış müqaviləyə görə Bakıdadır:


"Prezident bildirdi ki, bir müddət öncə Türkiyə-Azərbaycan birgə təlim keçib və bu səbəbdən də F-16-lar Bakıdadırlar. Həmin vaxtdan təyyarələr burada qalıb. Ölkələr arasında müqaviləyə görə, F-16 döyüş əməliyatlarına qatılmır, vaxtı çatanda Türkiyəyə dönəcəklər. Burada qeyri-adi heç nə yoxdur”.


Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib. Prezident müraciətində F-16-ların yerdə olduğunu, ölkəmizə qarşı kənardan aqressiya olarsa, onların hərəkətə keçə biləcəyini qeyd edib.


Bahar Rüstəmli