Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərinin planına əsasən təlimlərdə iştirak edən döyüş aviasiya vasitələrinin yerdəyişməsi həyata keçirilib. "Həyəcan" siqnalı ilə qaldırılan döyüş aviasiya vasitələri ehtiyat aerodromlarına çıxarılıb.
Bu barədə Qaynarinfo-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Hava hücumundan müdafiə vasitələrinin ərazidə yerləşdirilməsi sona çatdırılıb.
Şərhlər