“Azerspace-1”in istismarında əsasən Şimali Afrika, Mərkəzi Asiya və Şərqi Avropa ölkələri maraqlıdır.
Azərbaycanın ilk süni peyki “Azerspace-1”in istismarından əldə olunan gəlirlər artmaqda davam edir.
AzərTAc xəbər verir ki, bu sözləri rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, təkcə bu ilin 6 ayında əsas fəaliyyətdən təxminən 10 milyon ABŞ dolları həcmində gəlir əldə olunmuşdur.
“Azerspace-1” peykinin gəlirləri artan xətt üzrə inkişaf edir. Bu peykin istismarında əsasən Şimali Afrika, Mərkəzi Asiya və Şərqi Avropa ölkələri maraqlıdır.
Qaynar.info
Şərhlər