Foto 14:03 19.10.2019

Azərbaycanın kəndlərində iribuynuzlu heyvanlar kütləvi şəkildə tələfat olur (FOTOLAR)

İribuynuzlu heyvanlar bir saatın içində müəmmalı şəkildə tələf olur.

Qaynarinfo BAKU.WS-ə istinadən xəbər verir ki, hadisə Tovuzun Hacıhəsənli kəndində qeydə alınıb.

Kənddə bu günə kimi 10-a yaxın heyvan tələf olub.

Daha bir neçə heyvan isə ölümlüc hala düşüb.

Mal-qaranın ölüm səbəbi isə sakinlərə müəmmalı qalıb.

Təsərrüfat sahibləri deyir ki, heyvanlar xəstəliklərə qarşı müalicədən sonra tələf olub.

Ayrı-ayrı şəxsi təsərrüfatlarda ölən heyvanlar otlaq sahələrindən gələndən sonra tələf olub. Sakinlər müəmmalı heyvan ölümünün kütləvi hal alacağından narahatdırlar.

Bildirək ki, faktla bağlı mütəxəssislər tərəfindən heyvanlardan götürülən analizlər götürülüb.