Xəbər lenti

Azərbaycanın lazer yönləndirməli aviasiya bombası hazırdır (FOTO)
Ölkə 13:04 30.04.2019

Azərbaycanın lazer yönləndirməli aviasiya bombası hazırdır (FOTO)

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun (ETİ) Türkiyənin ASELSAN şirkəti ilə birlikdə hazırladığı lazer yönləndirməli aviasiya bombasının inert versiyası sınaqlar üçün hazırdır.

Bu barədə "AzeriDefence”yə eksklüziv olaraq İDEF-2019 sərgisində iştirak edən Müdafiə Sənayesi Nazirliyindən (MSN) məlumat verilib.

Bombanın ilk prototiöindən 3 ədəd hazırlanıb. Gövdə qismi bir müddət əvvəl ASELSAN tərəfindən yaradılmış Lazer Yönləndirmə Dəsti (LGK- Lazer Güdüm Kiti) ilə uyğunlaşdırılmaq üçün Türkiyəyə göndərilib. LGK üzərində kiçik dəyişikliklər edilməklə Azərbaycan istehsalı olan aviasiya bombasına inteqrasiya olunub.

ETİ-nin baş direktoru Novruz Abdullayevin sözlərinə görə, inert versiya sınaq üçün hazırdır. Bunun müəyyən edilmiş tarixdə Azərbaycanda sınaqları həyata keçiriləcək. Daha sonra, sifarişdən asılı olaraq yönləndirmə dəstinin 250 kiloqramlıq qəlpəli-fuqas bombalara inteqrasiyası həyata keçiriləcək.

Qeyd edək ki, LGK-nin inteqrasiya edildiyi Azərbaycan istehsalı olan QFAB-250 aviasiya bombaları buraxıldığı hündürlükdən asılı olaraq 12000 metrədək məsafədə hədəfləri maksimum 10 metr sapma ilə vurmağa imkan verəcək. Bu, NATO standartlarına uyğun yaradılmış LGK yönləndirmə dəstinin sovet standartlarına uyğun aviasiya bombasına ilk inteqrasiyasıdır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->