Bu gün axşam saatlarında Azərbaycanın tanınmış bəstəkarı Ramiz Mirişli 81 yaşında vəfat edib.
Qaynar.info xəbər verir ki, bəstəkar Mərkəzi Kliniki Xəstəxanada vəfat edib.
Qeyd edək ki, aprelin 16-da tanınmış bəstəkarın ad günü idi. O, Azərbaycanın əməkdar incəsənət xadimi (1982), Azərbaycan Respublikasının xalq artistidir (1990).
Ramiz Mirişli 2014-cü il aprelin 14-də "Şərəf" ordeni ilə təltif olunub.
Ramiz Mirişli çox sayda lirik mahnıların müəllifi olmaqla yanaşı Azərbaycanın inciləri hesab olunan xeyli filmlərə də musiqilər də yazıb.
Allah rəhmət eləsin!
Qaynar.info
Şərhlər