Azərbaycan aktyoru, rejissor dublyajist, əməkdar mədəniyyət işçisi Arif Həbibi vəfat edib.
Qaynarinfo xəbər verir ki, bunu aktyorun qızı İlhamə Həbibi sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, atası 78 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Arif Həbibi 1943-cü il iyunun 1-də İran Astarasında anadan olub. 1967-ci ildə indiki Mədəniyyət və İncəsənət Universitetinin rejissor fakültəsini bitirib və həmin ildən "Azərbaycanfilm” kinostudiyasında işə başlayıb.
Dublyaj üzrə ali dərəcəli kinorejissor olub. Azərbaycan Kinematoqrafiya İttifaqının üzvüdür.
Xarici ölkələrdə istehsal olunan bədii, sənədli və cizgi filmlərini ana dilinə dublyaj, tərcümə və "ukladka” edib. Kinostudiyanın istehsal etdiyi bədii filmlərin və Vaqif Mustafayevin filmlərinin səsləndirilməsində məsləhətçi-rejissor olub.
Şərhlər