"Mənim İnsan hüquqları üzrə müvəkkil (ombudsman) vəzifəsinə gətirilməyimlə bağlı bəzi saytların dərc etdiyi xəbər cəfəngiyyatdan başqa bir şey deyil”.
Qaynarinfo xəbər verir ki, bu sözləri modern.az-a Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahımqızı deyib.
Məlahət İbrahimqızı hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP Nəsimi rayon təşkilatının sədri, 21 saylı Nəsimi birinci seçki dairəsindən deputatdır.
O, adının həqiqətə uyğun olmayan, yoxlanılmamış informasiyada hallandırılmasından narahat olduğunu deyib və həmin saytları məsuləyyətli olmağa çağırıb.
Xatırladaq ki, hazırkı İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanovanın səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!
Şərhlər