Oktyabrın 20-dən noyabrın 2-dək Rusiya Federasiyasının Krasnodar vilayətinin Anapa şəhərində yerləşən "SMENA” Ümumrusiya Uşaq Mərkəzində 5 MDB ölkəsinin (Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan) və Rusiya Fedarassiyasının 27 regionunun nümayəndə heyətlərinin qatıldığı Dövlətlərarası 12-ci "Gənc Yol Hərəkəti İnspektoru” toplantısı keçirilib.
"Qaynarinfo" xəbər verir ki, Azərbaycanı bu toplantıda Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin baş inspektoru, polis polkovnik-leytenantı İsa Deystani və paytaxtın 245 nömrəli tam orta məktəbin rus dili və ədəbiyyat müəllimi Məlahət Ağayevanın müşaiyəti ilə "Yol Polisinin Gənc Köməkçisi Dəstəsi”-nin üzvləri - sözügedən məktəbin şagirdləri Cəbiyev Ləyaqət Elşad oğlu, Fəxrəddinov Andrey İlqar oğlu, Hacıbala Zəhra Ramiz qızı və Siryayeva Galina Alekseyevna təmsil ediblər.
"Gənc Yol Hərəkəti İnspektor”ları yol hərəkəti qaydalarına aid bilik müsabiqələri və viktorinalarda yarışıb, yol hərəkəti təhlükəsizliyinin mənimsəməsinə həsr edilmiş oyunlarda iştirak edib, müxtəlif intellektual, bədii və idman müsabiqələrinə, rəqs və teatral bacarıqlarına həsr olunmuş "Master klass”lara qatılaraq yol hərəkəti təhlükəsizliyinə aid tamaşalar təqdim ediblər.
"Açıq mikrofon" formatında Rusiya və MDB ölkələrinin Dövlət Yol Polisi əməkdaşları ilə keçirilmiş görüş zamanı uşaqlar yol hərəkəti təhlükəsizliyi sahəsində müzakirələr apararaq maraqlı sual və təkliflərlə cıxış edib, "Gənc Yol Hərəkəti İnspektor”-nın fəaliyyəti ilə bağlı təcrübəni bölüşüblər.
Avtosfer.az komandası tədbirdə keçirilən bütün növ müsabiqələrdə qalib qələrək 1-ci yerə layiq görülüb.
Bundan əlavə, Avtosfer.az-ın üzvlərindən Cəbiyev Ləyaqət Elşad oğlu oğlan iştirakcıları arasında uğurla cıxış edərək "Mister GHY İnspektoru”, Hacıbala Zəhra Ramiz qızı isə qızlar arasında "Vitce Miss GHY İnspektoru” adına layiq görülüblər.
Qaynarinfo.Az
Şərhlər