"İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı general-mayor Qasım Rzayinin rəhbərliyi altında nümayəndə heyəti ilə görüşümüz dostluq-qardaşlıq münasibətləri çərçivəsində keçib”.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, bunu bu gün Astarada İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı general-mayor Qasım Rzayi ilə görüşdən sonra jurnalistlərə açıqlamasında Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev bildirib.
E. Quliyev deyib ki, görüşdə yanaşı "Astara” dəmiryolu buraxılış məntəqəsinin, yeni avtomobil yolu və piyada keçidinin tikintisi ilə bağlı aidiyyəti tədbirlər diqqət mərkəzində olub: "2018-ci illə müqayisədə 2019-cu ildə ölkələrimiz arasında sərhəd-buraxılış məntəqələrindən həm şəxslərin, həm nəqliyyat vasitələrinin keçidində çox ciddi artım var. Şəxslərin sayı təqribən 21.5 % artıb və bu, çox ciddi bir göstəricidir. Eyni zamanda nəqliyyat vasitələrinin sayında 13 % artım qeydə alınıb. İki ölkə arasında yeni sərhəd-buraxılış məntəqələrinin fəaliyyətə başlaması məsələləri müzakirə olunur. Bu məsələ həm də hökumətlər arasında müzakirə obyektidir. Sərhədyanı digər əlaqələrin qurulması, inkişaf etdirilməsi bu gün gündəlikdədir. Bütün bunlar hamısı ölkələrimiz arasında olan xoş münasibətin təzahürü, göstəricisidir. Möhtərəm cənab Prezident İlham Əliyev daima Azərbaycan-İran əlaqələrinin sərhəd mühafizəsi istiqamətində inkişafına dair göstərişlər verir. Biz də qürurla çalışırıq ki, möhtərəm Prezidentimizin bu tapşırıqlarının ən yüksək səylə icrasını təmin edək."
Şərhlər