Xəbər lenti

Azərbaycanla Qətər arasında viza tələbi ləğv edildi (VİDEO)
Video 13:41 18.10.2021

Azərbaycanla Qətər arasında viza tələbi ləğv edildi (VİDEO)

Azərbaycan və Qətər arasında viza tələbi qarşılıqlı ləğv edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva öz tvitter hesabında məlumat verib.

O bildirib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Qətərin Baş nazirinin müavini və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani "Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında saziş” imzalayıb.

Qeyd edək ki, şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani bu gün Azərbaycana rəsmi səfər edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->