Dağıstan Respublikasının Sumadinski rayonunda hüquq-mühafizə orqanlarına müqavimət göstərən silahlı dəstəyə qarşı əməliyyat keçirilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Milli Antiterror Komitəsi mətbuat yayıb.
"Tsumadinsk dəstəsi"nin başçısı silahı yerə qoymağa etiraz edib və FTX-nin xüsusi təyinatlıları ilə atışmağa başlayıb. Nəticədə o, cavab atəşi ilə zərərsizləşdirilib.
Əməliyyatda iştirak edən hüquq-mühafizə orqanları əməkdaşları və mülki əhali arasında itki qeydə alınmayıb. Hadisə yerində çoxlu silah-sursat aşkar edilib.
Şərhlər