Xəbər lenti

Keçmiş rəis Ali Məhkəməyə müraciət etdi
Ölkə 14:35 14.06.2024

Keçmiş rəis Ali Məhkəməyə müraciət etdi

Sabunçu Rayon Hərbi Komissarlığının keçmiş şöbə rəisi, hazırda həbsdə olan Toğrul İsgəndərov Ali Məhkəməyə kassasiya şikayəti verib. 

Qaynarinfo-nun məlumatına görə, iş hakim Vidadi Cəfərovun icraatındadır. 

Məhkəmə iclasının vaxtı hələ ki, müəyyən edilməyib.

Toğrul İsgəndərov həqiqi hərbi xidmətə cəlb olunmama müqabilində vətəndaşlardan rüşvət alarkən cinayət başında yaxalanıb. Bu barədə Baş Prokurorluğun yaydığı məlumatda qeyd edilir ki, Ona qarşı Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. 

Cinayət işinin məhkəmə istintaqı Bakı Hərbi Məhkəməsində aparılıb. Toğrul İsgəndərov məhkəmənin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 
Keçmiş şöbə rəisi hökmdən apellyasiya şikayəti verib. Lakin Bakı Apellyasiya Məhkəmısinin hakimi Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə Toğrul İsgəndərovun şikayəti əsassız hesab edilib və barəsində Bakı Hərbi Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Seyid
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->