Xəbər lenti

Fransa və ABŞ “Hizbullah”la İsrail arasında gərginliyin qarşısını almağa çalışacaq
Dünya 14:49 14.06.2024

Fransa və ABŞ “Hizbullah”la İsrail arasında gərginliyin qarşısını almağa çalışacaq

Fransa prezidenti Emmanuel Makron bildirib ki, Birləşmiş Ştatlar və Fransa "Hizbullah” və İsrail arasında gərginliyi "azaltmasına" yönələn yol xəritəsini irəli sürmək üçün birlikdə çalışacaqlar.

Qaynarinfo "Reuters”ə istinadən xəbər verir ki, o, bunu İtaliyada keçirilən G7 sammiti çərçivəsində deyib.

Qeyd olunur ki, Fransa və ABŞ son aylarda gərginliyi azaltmağa çalışır, Paris Livan və İsrail sərhədində aralarındakı mübadilənin pisləşməsini dayandırmaq məqsədi ilə hər iki tərəfə yazılı təkliflər göndərir.

"ABŞ-la təklif etdiyimiz yol xəritəsi ilə irəliləmək üçün üçtərəfli (təmas qrupu), İsrail, ABŞ və Fransa prinsipi üzərində razılaşdıq və Livan hakimiyyəti ilə də eyni şeyi edəcəyik”, - Makron deyib. 

İsrailin Qəzza zolağında atəşkəs əldə edənə qədər döyüşlərin dayandırılmasını istisna edən "Hizbullah”, koordinasiyalı hücumla iyunun 13-də İsrailin 9 hərbi obyektinə raket və PUA hücumu həyata keçirib. 

Həmin vaxt yüksək rütbəli fransız rəsmilərindən biri ABŞ və Fransanın təhlükəli eskalasiya səbəbindən təcili olaraq səylərini gücləndirməli olduqlarını söyləyib. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->