XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Qarabağ" və "Sabah"ın futbolçuları millidə qol vurdu (VİDEO)
İdman11:57 26.09.2026

"Qarabağ" və "Sabah"ın futbolçuları millidə qol vurdu (VİDEO)

"Sabah"ın forvardı Coy-Lens Mikels Ruanda millisinin heyətində rəsmi debüt edib.

Qaynarinfo xəbər verir ki, o, Afrika Millətlər Kubokunun seçmə mərhələsində Liberiya ilə görüşdə iştirak edib.

Meydana start heyətində çıxan Mikels 44-cü dəqiqədə penaltidən fərqlənib. Qollardan birini də sabiq "Zirə"li Leroy Mikels vurub.

"Zirə"nin müdafiəçisi Ange Mutsinzi də bu oyunda meydana çıxıb. Qarşılaşma Ruandanın 3:1 hesablı qalibiyyəti ilə başa çatıb.

"Qarabağ"ın legioneri Renaldo Sefas də Yamayka millisində növbəti görüşünü keçirib. O, KONKAKAF Millətlər Liqasında Qvatemala ilə görüşdə meydana çıxıb.

Futbolçu komandasına qələbə qazandıran üçüncü qolu vurub. Oyun Yamaykanın 3:2 hesablı qalibiyyəti ilə başa çatıb.

UEFA Millətlər Liqasının B Liqasının ilk turu çərçivəsində Polşa millisi öz meydanında Bosniya və Herseqovina yığmasını qəbul edib. Matç 0:0 hesabı ilə başa çatıb.

Bosniya və Herseqovina yığmasına dəvət alan “Qarabağ”ın qapıçısı Martin Zlomişliç bu görüşün iştirakçısı olub. O, meydana start heyətində çıxıb və sonadək oynayıb.

2 illik fasilədən sonra Polşa yığmasına çağırılan “Sabah”ın müdafiəçisi Timoteuş Puxaç isə əvvəldən sona kimi görüşü ehtiyat oyunçular skamyasından izləyib.