Dağıstanda terrorla mübarizə əməliyyatları çərçivəsində hüquq-mühafizə orqanlarına hücumda təqsirli bilinən dəstənin rəhbəri yaxalanıb.
Qaynarinfo axar.az-a istinadən xəbər verir ki bu barədə Terrorla Mübarizə Milli Komitəsinin mətbuat xidməti informasiya yayıb.
Məlumata görə, Dağıstanın Xasavyurd bölgəsində meşəlik sahədə aşkar edilən dəstə lideri polisin tələbinə məhəl qoymayaraq avtomat silahdan atəş açıb. Təhlükəsizlik orqanlarının açdığı cavab atəşi zamanı Abas Xubayev adlı dəstə lideri məhv edilib.
Qeyd edək ki, Abas Xubayev hüquq-mühafizə orqanlarına qarşı bir çox hücumun əsas təşkilatçısı hesab olunur.
Şərhlər